Copy
#6 - Oktyabr-2018 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

Yaxın Şərq ölkələri 2018-ci ilin ilk 9 ayı ərzində Azərbaycana gəlmiş ziyarətçilərin sayına görə Rusiya və Gürcüstandan sonra üçüncü yerdə durur


2018-ci ilin ilk doqquz ayında Azərbaycana 2,2 milyon xarici ziyarətçi gəlmişdir. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çoxdur. Bu dövrün statistikası ilə əlaqədar ən diqqətəlayiq fakt Yaxın Şərqdən gələn xarici səyahətçilərin sayının artmasıdır. Belə ki, Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 92 min, yaxud 42% artmışdır. 

Azərbaycanın yeni turizm brendi təqdim olundu
 

18 oktyabr 2018-ci ildə Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk Milli Turizm Sammiti keçirilib. 

Tədbirin birinci hissəsində Azərbaycanın yeni milli turizm brendinin təqdimatı ilə yanaşı, yeni marketinq strategiyası, qarşıya qoyulmuş məqsədlər, hədəflər və planlar haqqında məlumat verilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun 6 ay fəaliyyət göstərdiyini, bu qısa müddət ərzində turizm sahəsinin əsas istiqamətləri üzrə görülən işlər, həmçinin turizm təhsili, ixtisaslı kadr hazırlığı, statistikanın yaxşılaşdırılması, xidmət sahəsinin təkmilləşdirilməsi, turizmdə müasir informasiya texnologiyalarının tətbiqi, hədəf bazarlarda nümayəndəliklərin açılması kimi məsələlərlə bağlı gələcək planlar haqqında məlumat verdi.

Daha sonra Azərbaycanın qlobal bazarda tanıdılması üçün ilkin addım olaraq hazırlanan yeni turizm brendi təqdim olundu. Yeni brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan loqo və şüardır.

Azərbaycanın yeni turizm loqosu olan “a” hərfi “Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcəkdir. Azərbaycanın yeni turizm brendinin “Bir daha bax” (“Take another look” – ing.) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.

Yeni brend dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brendin yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir.

Azərbaycanın turizm brendinin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibəri ilə müsahibə xarakterli araşdırma aparılıb və bu strateji proses 5 ay davam edib. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabrında Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutacaq.


SATTE (Dehli), EMİTT (İstanbul) və İMTM (Tel Aviv) sərgilərinə qeydiyyat

 

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ölkəmizin turizm potensialının xarici ölkələrdə təbliğ olunması məqsədilə beynəlxalq sərgilərdə iştirak etməyi planlaşdırır. 
 
Bununla əlaqədar olaraq, Azərbaycan Turizm Bürosu təşkil edəcəyi növbəti: SATTE (14 - 16 yanvar), EMİTT (31 yanvar - 3 fevral)İMTM (12 - 13 fevral) sərgilərinə hazırlıq davam edir.
 
Azərbaycanın turizm potensialını göstərəcək yeni stenddə şirkətinizi təmsil etmək və işgüzar əlaqələrinizi genişləndirmək məqsədilə sizi Azərbaycanın vahid stendinin iştirakçısı olmağa dəvət edirik.
 
Sərgilərdə iştirak etmək üçün aşağıdakı keçidlərdən istifadə edərək qeydiyyatdan keçməyinizi xahiş edirik:

1) SATTE 2019, 14-16 yanvar (Dehli, Hindistan)

2) EMİTT 2019, 1 yanvar-2 fevral (İstanbul, Türkiyə)

3) İMTM 2019, 12-13 fevral (Tel Aviv, İsrail)


İştirakla əlaqədar sualınız yaranarsa,  aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqəndirici şəxs:

Kamran Daşdəmirov
+994 0518805516
kamran.dashdamirov@tourismboard.az         
              
Sankt-Peterburq turizmi ilə bağlı təqdimat
 
Sankt-Peterburq Turizm İnkişafı Komitəsinin təşkilatçılığı ilə 5 noyabr 2018-ci il tarixində saat 9:00-da Holiday Inn otelində Sankt-Peterburqun turizm potensialının geniş təqdimatı və şəhərin turizm sənayesi nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək.

Sankt-Peterburq Turizm İnkişafı Komitəsində əlaqələndirici şəxs:
Viktoriya Petrova
Tel.: + 7 (495) 723 72 72
E-mail: perova@tb-workshop.ru

Təqdimat və seminarda iştirak üçün qeydiyyat
Tədbirin proqramı ilə burada tanış ola bilərsiniz.

 

Xınalıq kəndi The Guardian-ın diqqət mərkəzində
 
Gözəlliyi ilə görənləri heyran edən ucqar Xınalıq kəndi bu dəfə The Guardian-ın diqqət mərkəzindədir. Avropanın məşhur turizm marşrutlarından kənar qalmış və mütləq ziyarət edilməli 10 məkanı siyahısında Xınalıq da yer alıb.
 
Azərbaycan "National  Geographic Traveler Awards 2018"-də 3-cü pilləyə yüksəlib
 
TourStat Analitik Agentliyi "National Geographic Traveler Awards 2018" İnternet səsverməsinin nəticələrini nəşr etdi. Agentliyin məlumatına görə, Azərbaycan ekskursiya turu üçün populyar olan üç ölkədən biridir. Azərbaycan 20% səs qazanaraq, Böyük Britaniya və Portuqaliyanı geridə qoymuşdur. Bundan başqa, ölkəmiz qastronomik turizm həvəskarları tərəfindən verilən səslər nəticəsində ilk üçlüyə yüksəlib.
 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Landmark I

Nizami küç., 96E,
Bakı, Azərbaycan

AZ1010


E: info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp