Copy
#8- Noyabr-2018 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Șərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müșahidə olunub
 
Yanvar-oktyabr aylarında Yaxın Şərq və Asiyadan gələnlərin sayında xeyli artım müşahidə olunub. 10 ay ərzində Yaxın Şərqdən gələnlərin sayının keçən ilin müvafiq dövrü ilə müqayisədə 42%, Asiya ölkələrindən gələnlərin isə 57% artması diqqətəlayiqdir. Ümumilikdə, ölkəyə gələnlərin ümumi artım tempi yanvar-oktyabr ayları üçün 6,1% təşkil edib: səyahətçilərin sayı 2,3 milyondan 2,4 milyona çatıb. Qrafik 1-də 2017 və 2018-ci ilin yanvar-oktyabr aylarında 6 ölkə/regiondan gəlmiş xarici səyahətçilərin sayı göstərilib.

 

Azərbaycan UNWTO-nun İranda keçirilən seminarında təmsil olunub

Noyabrın 12-dən 14-dək İran İslam Respublikasının Həmədan şəhərində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Assosiativ üzvlərinin 40-cı Plenar Sessiyası keçirilib. Tədbirdə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edib. 

Plenar sessiya çərçivəsində İranın “Mədəni İrs, Sənətkarlıq və Turizm Təşkilatı” ilə birgə “Mədəni turizmin innovasiya və texnologiya ilə qorunması” adlı beynəlxalq seminar təşkil edilib. Beynəlxalq seminarda mədəni turizmin inkişafında, destinasiyaların cəlbediciliyi və rəqabətliliyinin gücləndirilməsində innovasiya və texnologiyanın rolu mövzusunda müzakirələr aparılır.

Tədbir iştirakçılara qarşıya qoyulmuş məqsədlərin icrası üçün illik proqramı müzakirə etmək imkanı tanıyaraq, əməkdaşlıq və birgə təşəbbüslərin qurulması üçün əlverişli mühit yaratmışdır. 

Azərbaycan 2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının üzvüdür. Bakı Turizm İnformasiya Mərkəzi isə 2011-ci ildən etibarən quruma assosiativ üzv olaraq qəbul edilib.

Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası keçiriləcək

15 noyabrda Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin görüşü keçirilib. “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti, beynəlxalq ekspert Akos Niklainin də iştirak etdiyi  görüşdə 4 dekabrda keçiriləcək Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası haqqında müzakirələr aparılıb. 

Qeyd olunub ki, Assambleyanın məqsədi qonaqpərvərlik sənayesi mütəxəssislərini bir araya gətirərək yeni yaradılmış Azərbaycan Hotel Assosiasiyasının strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında məlumat verməkdir. Assambleyada Azərbaycanda tətbiq olunacaq yeni Milli Ulduz Təsnifat Sistemi də təqdim ediləcək.

Baş Assambleya qonaqpərvərlik sahəsində mövcud potensialı inkişaf etdirmək, xidmət səviyyəsinin keyfiyyətini artırmaq və mövcud çatışmazlıqları müzakirə etmək üçün platforma rolunu oynayacaq.

Əlavə edək ki, bundan öncə “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşərək, Azərbaycan Hotel Assosiasiyasının yaradılması və onun beynəlxalq təşkilata müşahidəçi statuslu üzv olması məsələsini müzakirə edib.

4 dekabr 2018-ci ildə keçiriləcək Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyasında iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün: info@hotelassociation.az

Bakı dünyanın müasir incəsənət mərkəzinə çevrilir
 
"Yarat" Müasir İncəsənət Məkanı tərəfindən ənənəvi olaraq keçirilən MAP festivalı və sərgilənən müxtəlif miqyaslı instalyasiyalar, eləcə də performanslar Bakını müasir incəsənət həvəskarları üçün daha cəlbedici edir. Independent onlayn qəzetinin Bakıya həsr olunmuş yeni məqaləsində paytaxtımızın yeni memarlıq nümunələri və incəsənət tədbirləri əks olunub.
 
6-9 iyun və 5-8 sentyabr 2019-cu il tarixlərində Koreyada 34-cü Koreya Ümumdünya Səyahət Sərgisi və 22-ci Busan Beynəlxalq Turizm Sərgisi keçiriləcək

2019-cu ilin 6-9 iyun tarixlərində "4 günlük ağıllı səyahət" (4 days of smart travel) mövzusunda 34-cü Koreya Ümumdünya Səyahət Sərgisi (KOTFA), 5-8 sentyabr 2019-cu il tarixlərində Koreyanın ən böyük liman şəhəri olan Busanda 22-ci Beynəlxalq Turizm Sərgisi keçiriləcəkdir.
Dörd gün ərzində təşkil olunacaq və Koreyada ən iri miqyaslı turizm sərgisi hesab olunan KOFTA-da 46-dan çox ölkənin 500-ə yaxın turizm təşkilatının iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu sözügedən sərgilərdə iştirak etməyəcək.

Sərgilər barədə daha ətraflı məlumat buradan əldə edilə bilər.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Landmark I

Nizami küç., 96E,
Bakı, Azərbaycan

AZ1010


info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp