Copy
#13 - Mart - 2019 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

Azərbaycana səfər statistikası: Gürcüstan vətəndaşları ruslardan öndədir

Fevral ayında Azərbaycanı 172.7 min xarici vətəndaş ziyarət edib; bu keçən ilin eyni dövrü ilə nisbətdə 3.9% və ya 6.5 min nəfər artım təşkil edir. Gürcüstan, ilk dəfə olaraq, səyahətçi sayına görə lider bazar mövqeyinə yiyələnmiş oldu. Fevral ayında Gürcüstandan gələnlərin sayında 25.6% və ya 10.8 min artım müşahidə olunmuşdur; ötən ilin Oktyabr ayından başlayaraq illik artım 23.7% təşkil etmişdir. 



Qrafik 1-də 2018 və 2019-ci ilin fevral ayında 7 ölkə/regiondan gəlmiş xarici səyəhətçilərin sayı göstərilib. 

 

Dövlət Turizm Agentliyi Çindən turist axını olacağını bəyan edir

Martın 1-də Pekində “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu”  imzalanıb.

Memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in Mədəniyyət və Turizm Nazirinin müavini Janq Syu imzalayıb.
 

Daha ətraflı

Azərbaycan Almaniyada beynəlxalq turizm sərgisində təmsil olunub

Azərbaycanın turizm imkanlarının dünyamiqyaslı təbliğatı məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 20-dək turizm şirkətinin iştirak etdiyi nümayəndə heyəti Almaniyada “ITB Berlin 2019” turizm sərgisində təmsil olunub. Martın 6-dan 10-dək davam edən sərgidə ölkəmiz üçün 100 kv. metrlik sahədə yeni turizm brendimizə uyğun dizayn edilmiş stend qurulub.
 

Daha ətraflı

İslamabadda "Pakistan Turizm Sammiti" keçiriləcək

 
2-3 aprel 2019-cu il tarixlərində İslamabad Konqres Mərkəzində "Pakistan Turizm Sammiti"nin keçirilməsi planlaşdırılır. İki gün davam edən sammit Pakistanın qeyri-adi təbii landşaftını, fərqli mədəniyyətini, zəngin irsini və yerli insanların qonaqpərvərliyini təbliğ edir. Sammitin məqsədi Pakistanda mövcud olan geniş turizm imkanlarını araşdırmaq və bu sektora investisiya qoyulması üçün yerli və beynəlxalq tərəfdaşları müəyyənləşdirmək, bütün maraqlı tərəflərə faydalı olacaq yerli sənaye ilə turizm sahəsi arasında əlaqələrin gücləndirilməsi üçün bütün mühüm dövlət qurumlarını, milli lider turizm qurumlarını, korporativ sektoru, diplomatik korpusu və medianı bir araya gətirməkdir.

Əlaqə vasitələri:
Email: pts@landmarkcommunications.com
Tel.: 0308 8882990 / 300 0774234

Azərbaycan Moskvada “Turizm destinasiyasının ən yaxşı təqdimatı” nominasiyasına layiq görülüb

 

Azərbaycan “MITT 2019” sərgisində iştirakını uğurla davam etdirərək təşkilatçılar tərəfindən “Turizm destinasiyasının ən yaxşı təqdimatı” nominasiyası ilə təltif olunub.

Stenddə 2019-cu ilin mayında Bakıda təşkil olunacaq UEFA-nın Avropa Liqasının final kubokunun nümayiş etdirilməsi sərgi iştirakçılarının və ziyarətçilərin böyük marağına səbəb olmuşdur.


Daha ətraflı

Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvləri Bakı toplantısını müzakirə edib


Almaniyada keçirilən “ITB Berlin” sərgisi çərçivəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvlərinin İdarə Heyətinin 48-ci iclası keçirilib. Tədbirdə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edib.
İclasın gündəliyinə ÜTT-nin yeni Assosiativ üzvlərinin qəbul qaydalarında dəyişiklik, yeni onlayn platformanın tətbiqinin təqdimatı və ÜTT-nin İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçiriləcəyi haqqında müzakirələr daxil edilib.

 

Berlində Azərbaycanın mədəniyyət axşamı keçirilib

 

“Turizmin inkişafında mədəniyyətlərin ünsiyyətinin rolu vacibdir”. Bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid martın 7-də “ITB Berlin 2019” turizm sərgisi çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyəti axşamının açılışında vurğulayıb.

Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri, turizm üzrə bloqqer və influenserlerin iştirak etdiyi gecədə Azərbaycan musiqisinin tanıtımı məqsədilə milli musiqilərdən ibarət kompozisiyalar tarda qonaqlara təqdim olunub, həmçinin bəstəkar və pianoçu İsfar Sarabski çıxış edib.

Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım“ adlı fotosərgisi çərçivəsində Azərbaycanın görməli yerləri nümayiş etdirilib.

Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da tədbirdə çıxış edərək Azərbaycanın turizm potensialının zənginliyi haqqında danışıb.

Azərbaycan beynəlxalq turizm ictimaiyyətinə 2 yeni turizm məhsulunu təqdim etdi

Almaniyada keçirilən “ITB Berlin” sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosu İpək Yolu ölkələri nazirlərinin 9-cu görüşündə “İpək Yolunun 7 gözəli” adlı yeni turizm məhsulu konsepsiyası ilə çıxış edib.

Konsepsiyada qədim İpək Yolu marşrutu boyunca Azərbaycan ərazisində turistlərə bələdçilik edən 7 müxtəlif yoldan bəhs edilir. Buraya Bakı – “Neft Yolu”, Şamaxı – “Poeziya Yolu”, Ağsu – “Nar Yolu”, İsmayıllı – “Sənətkarlıq Yolu”, Şəki - "Şəbəkə Yolu", Gəncə - “Bazar Yolu”, Naxçıvan – “Duz Yolu” daxildir. Təqdimatda 21-ci əsrin turistinin səyahət tələblərinə uyğun olaraq ənənəvi marşrutlara yeni baxışın tətbiq olunmasının zəruriliyi qeyd olunub.
 

Daha ətraflı

Pekin şəhərində keçiriləcək "Xidmətlər sahəsində ticarət üzrə 6-cı Çin Beynəlxalq Sərgi"sində iştirak etmək istəyənlərin nəzərinə

Cari ilin 28 may - 1 iyun tarixlərində ÇXR-in Pekin şəhərində keçirilməsi nəzərdə tutulan "Xidmətlər sahəsində Ticarət üzrə 6-cı Çin Beynəlxalq Sərgi"sində ölkəmiz tərəfdən iştirakın olacağı təqdirdə, sözügedən sərgi təçkilatçıları tərəfindən stendin qurulması üçün ərazinin və tələb olunan avadanlıqlarla təchiz edilmiş görüş otağının ödənişsiz olaraq təklif ediləcəyi bildirilmişdir.


Əlaqə vasitələri:
Tel.:  861058260982/58260958
Email: exhibition@ciftis.org

Fuad Nağıyev rusiyalı turistləri Azərbaycana dəvət edib 

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Moskvada keçirilmiş “MITT 2019” sərgisi çərçivəsində Rusiyanın “Rossiya 24” kanalına müsahibə verib.

Müsahibə zamanı F.Nağıyev “rusiyalı turistlərin niyə məhz Azərbaycana gəlməlidirlər?” sualına cavab olaraq təhlükəsizlik, məsafə və vaxt baxımından yaxınlıq, dil baryerinin olmaması kimi amilləri qeyd edib.

O bildirib ki, Rusiya Azərbaycan turizm bazarında ən çox paya sahib olmaqla, xarici ziyarətçilərin sayına görə birinci yerdə dayanır.

“Azərbaycan. Bura kulinariyadır, ləziz mətbəxdir, tarixdir, mədəni irsdir. Bura rusiyalı turistlərə heç də yad olmayan günəşli çimərliklər və Xəzər dənizi deməkdir. Həmçinin Azərbaycan qarlı xizək kurortları deməkdir ki, nümunə olaraq son illərdə tikilmiş, Avropanın seçilən dağ-xizək mərkəzlərindən biri olan “Şahdağ” Turizm Mərkəzini göstərmək olar” deyə, Fuad Nağıyev vurğulayıb və rusiyalı turistləri ölkəmizə dəvət edərək onları Azərbaycana bir daha baxmağa çağırıb.
 

Müsahibə

Azərbaycan Hotel Assosiasiyasının prezidenti təşkilatın üzvlərinə təqdim olunub

 
Martın 12-də Azərbaycan Hotel Assosiasiyasının 50-dən çox üzvünün iştirakı ilə tədbir təşkil olunub.
Tədbirdə Assosiasiyanın yeni prezidenti Martin Kleinmann üzvlərə təqdim olunub, həmçinin təşkilatın üzvlərinə üzvlük sertifikatları verilib, işçi qruplar müəyyənləşdirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin nümayəndələri çıxış edərək turizm və qonaqpərvərlik sənayesinin səmərəli fəaliyyəti üçün əlverişli mühitin yaradılması məqsədilə görülən tədbirlər, turizmin inkişafı üçün beynəlxalq miqyasda atılan addımlar, eləcə də iyun ayında ölkəmizdə keçiriləcək BMÜTT İcraiyyə Şurasının 110-cu sessiyası haqqında məlumat verilib.
Sahibkarlığın İnkişafı Fondunun Təhlil və Risklərin İdarəolunması şöbəsinin müdiri Elxan Quliyev tədbirdə iştirak edərək fondun fəaliyyət mexanizmi və hotellərə güzəştli kreditlərin verilməsi haqqında hotel rəhbərlərini məlumatlandırıb.
 
 
"Ukrayna - Səyahət və Turizm - UİTT" və "Ukrayna - UİTM 2019" Beynəlxalq turizm sərgiləri
 
Ukraynanın Kiyev şəhərində 27-29 mart tarixlərində "Ukrayna - Səyahət və Turizm - UİTT" Beynəlxalq turizm sərgisi, 2-4 oktyabr tarixlərində "Ukrayna - UİTM 2019" 26-cı Beynəlxalq turizm sərgisi keçiriləcək.
Qeyd olunan sərgilərin keçirməkdə məqsəd Ukraynanın turizm potensialının və mədəni-tarixi irsinin nümayiş etdirilməsi, Ukraynanın turizm şirkətləri, hotelləri ilə tərəfdaşlıq münasibətlərinin qurulması və inkişafı, eləcə də Ukrayna regionlarının nümayəndələri ilə işgüzar görüşlərinin keçirilməsindən ibarətdir.

Sərgilərdə iştirakla bağlı daha ətraflı məlumatı sərgilərin təşkilatçısı Premyer Ekspo şirkətindən əldə edə bilərsiniz.

Tel.: +38044 496 86 45
+ 38044 496 86 46
Email: j.zheldak@pe.com.ua
www.uitt-kiev.com/
www.ukraine-itm.com.ua/uk-UA/
Minskdə keçiriləcək "ОТДЫХ-2019"  yarmarkasında iştirak etmək istəyənlərin nəzərinə

Cari ilin 3-6 aprel tarixlərində Minsk şəhərində 22-ci beynəlxalq "ОТДЫХ-2019" yaz turist xidmətləri yarmarkası keçiriləcəkdir. Azərbaycan Respublikasında turizm sahəsində fəaliyyət göstərən təşkilatlar sözügedən yarmarkada iştiraka dəvət olunur. 
Qeyd edək ki, Dövlət Turizm Agentliyi adıçəkilən tədbirdə iştirak etməyəcəkdir. Sərgidə iştirak etmək istəyən şirkətlər aşağıdakı əlaqə vasitələri ilə təşkilatçılara müraciət edə bilərlər:


office@belexpo.by
(+375 17) 334 25 97

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Landmark I

Nizami küç., 96E,
Bakı, Azərbaycan

AZ1010

+994 12 492 87 13
info@tourismboard.az







This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp