Copy
#16 - Iyun - 2019 - Newsletter                                                                                     View in a browser

Dövlət Turizm Agentliyinin
İnformasiya Bülleteni

May ayında Azərbaycana Qərbi Avropadan gələn qonaqların sayı
2 dəfə artmışdır

2019-cu ilin may ayı Azərbaycanda turizmin ən uğurlu aylarından biri hesab oluna bilər. May ayı üzrə demək olar ki, bütün ölkələr və bölgələr üzrə səyahətçi sayının artması müşahidə olunur. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanı 246 min və ya 18 % daha çox xarici vətəndaş ziyarət edib. Bu artımın ən böyük hissəsi Rusiya (11 min), Gürcüstan (10 min) və Qərbi Avropa (8,9 min) ölkələrinin payına düşür. Yüksək göstəricilərin səbəbi kimi mayın 29-da UEFA-nın Avropa Liqasının final oyununu izləməyə gəlmiş futbolsevərlərin Bakıya axını ehtimal olunur.



Daha ətraflı

Rusiya bloqerləri Azərbaycan milli mətbəxi ilə tanış olublar

 

İyunun 26-da Azərbaycan Turizm Bürosu tərəfindən Moskva şəhərində Rusiyanın nüfuzlu bloqerləri üçün piknik təşkil edilib.

Sosial şəbəkələrdə böyük izləyici kütləsi olan 10-a yaxın bloqerin iştirak etdiyi piknikin keçirilməsində məqsəd Azərbaycanın milli mətbəx nümunələrinin təbliği və daha geniş kütləyə tanıtıdırılmasıdır. Piknik zamanı azərbaycanlı aşpaz Orxan Muxtarov bloqerlərə Azərbaycanın zəngin milli mətbəxi, onun komponentləri və hazırlanma qaydaları, o cümlədən ölkənin qastronomik turizm sahəsindəki mövcud potensialı barədə ətraflı məlumat verib.

Sonda ölkənin çayiçmə mədəniyyəti, o cümlədən şərabçılıq ənənələri ilə tanış olan bloqerlərə xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, təbliğat xarakterli piknik Moskvada baş tutan “Taste of Moscow” sərgisinə dəstək məqsədilə keçirilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib

İyunun 27-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə başlamasının formalaşan turizm sənayesinin inkişafı istiqamətində atılan vacib addımlardan biri olduğunu qeyd edib.
 

Daha ətraflı

Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları memorandum imzalayıblar

 

İyunun 25-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Mərkəzi Asiyanın Sənaye Turizmi Assosiasiyası arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi turizm sahəsində iki qurum arasında əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, hər iki tərəfin maraqlarını əsas götürərək turizmin inkişafının güclü və effektiv təşviqini aparmaq, eyni zamanda bu cür əməkdaşlığın ümumi maraqlara xidmət etməsinə və xalqların iqtisadi, mədəni, sosial inkişafının möhkəmlənməsinə töhfə verməkdir.
 

Daha ətraflı

Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistandan olan turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşü baş tutub.

Həmçinin Rusiyanın işgüzar turizm sahəsini təmsil edən şirkətlərlə həmin sahə üzrə ixtisaslaşmış yerli turoperatorlar arasında görüş keçirilib.

Görüşlərin əsas məqsədi Bakı və Azərbaycanın digər regionlarının turizm potensialının tanıdılması, təcrübə mübadiləsinin aparılması, Bakı və regionlarda Azərbaycanın işgüzar tədbirlərin keçirilməsi üçün mövcud potensialının təqdimatı və ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli işgüzar görüşlərin sayını artırmaqdır.
 

Daha ətraflı

Quba Destinasiya Menecmenti Təşkilatı ictimaiyyətə təqdim edilib

 

İyunun 21-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Quba Destinasiya Menecmenti Təşkilatının ictimaiyyətə təqdimedilmə mərasimi baş tutub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Agentliyin regional turizmə böyük önəm verdiyini və regionlarda turizmin inkişaf etdirilməsinin əsas məqsədlər sırasında olduğunu diqqətə çatdırıb.
 

Daha ətraflı

“Yanardağ”da qiymət dəyişikliyi ilə əlaqədar məlumat

 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqust ayının 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 AZN olacaq.
 

Fransanın “Master Chef” jurnalı növbəti buraxılışını Azərbaycana həsr edib

 

Fransanın dünyaca məşhur “Master Chef” jurnalı Azərbaycan mətbəxinə həsr olunan mövsümi nömrəsini buraxıb.

“Turizm və Milli Mətbəxə Dəstək” İctimai Birliyin sədri Fərhad Aşurbəylinin verdiyi məlumata görə fransız jurnalistlər bu il martın əvvəllərində ölkəmizə bir həftəlik səfərə gəliblər. Bu vaxt ərzində qonaqlar Mingəçevirdə nərə balığı yetişdirilən zavoda baş çəkib, aşpazlardan müsahibə alıb, onlarla maraqlı resept toplayıblar. Əldə olunan məlumatlar jurnalın növbəti nömrəsində oxuculara təqdim olunub.
 

Tacikistanda Beynəlxalq Turizm Forumu keçiriləcək


Cari ilin 8-10 avqust tarixlərində Düşənbə şəhərində "Tacikistan - 2019" Beynəlxalq turizm forumu və sərgisi keçiriləcək. 
Forumun məqsədi - əməkdaşlığın genişləndirilməsi, turizm imkanları ilə tanışlıq, turist şirkətlərinin öz məhsullarını təqdim etməsi üçün imkanların təmin edilməsi, eləcə də tərəfdaşlarla müqavilələrə daxil olmasıdır. 
Tədbirin formatı və iştirakçıların qeydiyyatı haqqında daha ətraflı məlumat forumun veb səhifəsində mövcuddur.

 

BMTÜTT-ün sessiyasının iştirakçılarına Azərbaycanın turizm potensialı tanıdılır

 

İyunun 19-da BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında iştirak etmək üçün Azərbaycana gələn üzv dövlətlərin rəsmiləri Qobustan və Şamaxı şəhərlərinə səfər ediblər.

Qobustan ərazisində yerləşən Diri baba türbəsinə ziyarətlə başlayan turda qonaqlara türbənin tarixi, orijinal memarlıq forması, dekorativ və zərif bəzək elementləri barədə ətraflı məlumat verilib.
 

Daha ətraflı

BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu Bakı sessiyası başa çatıb


BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndəsi iştirak edib. İki gün ərzində “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr aparılıb.

"IDEA" ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

 

Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib.

Görüşdə "IDEA" və BMTÜTT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən hər iki təşkilat turizmin ekoloji dayanıqlığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək.

ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtmaq istəyini bəyan etdi

 

17-18 iyun tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında Amerika Birləşmiş Ştatlarının yenidən təşkilata üzv qəbul olunması məsələsi müzakirə olunub.

37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi Bakı sessiyasında 23 illik fasilədən sonra ABŞ BMTÜTT-də yenidən təmsil olunmaq istəyini ifadə edib.
 

Daha ətraflı

Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edir

 

İyunun 17-də Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işinə başlayıb.

“İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr keçirilib.
 

Daha ətraflı

Dövlət Turizm Agentliyi “Yanardağ” qoruğuna mediatur təşkil edib

 

İyunun 13-də Dövlət Turizm Agentliyi ölkə kütləvi informasiya vasitələrinin 40-a yaxın əməkdaşının iştirakı ilə “Yanardağ” Dövlət Tarix və Mədəniyyət Qoruğuna mediatur təşkil edib.

Mediaturun məqsədi aparılan əsaslı bərpa və yenidənqurma işlərindən sonra yeni konsepsiyaya uyğun olaraq qurulan “Yanardağ” qoruğu barəsində ictimaiyyəti məlumatlandırmaqdır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə qoruğun yeni quruluşu və qoruq üçün gələcəkdə nəzərdə tutulan planlar haqda ətraflı məlumat verib, onların maraq doğuran suallarını cavablandırıb. Jurnalistlərə qoruq bələdçiləri tərəfindən dolğun informasiya verilib.

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix və Mədəniyyət Qoruğunun açılış mərasimi baş tutub.

Prezident İlham Əliyev əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib

 

İyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşdu. Dövlətimizin başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi. Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.

Daha ətraflı

Azərbaycanın turizm təbliğatının növbəti hədəfi Cənubi Koreyadır

 

Azərbaycan və Koreya arasında turizm sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə Azərbaycan nümayəndə heyəti Cənubi Koreya Respublikasına səfər edib.

Səfər çərçivəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin rəhbərlik etdiyi nümayəndə heyəti Seulda Cənubi Koreyanın səyahət turizmi üzrə ixtisaslaşan aparıcı media agentliklərinin nümayəndələri (“Travel Insight & TTL News”, “Korea Travel Times”, “Global Travel News”, “Korea Travel News”, “Tour Korea”, “Travel Press”) ilə görüş keçirib.
 

Daha ətraflı

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi


Landmark I

Nizami küç., 96E,
Bakı, Azərbaycan

AZ1010

+994 12 492 87 13
info@tourismboard.az

Email
Facebook
LinkedIn






This email was sent to <<Email Address>>
why did I get this?    unsubscribe from this list    update subscription preferences
Azerbaijan Tourism Board · Government House · Baku AZ 1001 · Azerbaijan

Email Marketing Powered by Mailchimp